Haber ara

Aydınlık veya Karanlık mod
Diğer Haberler

Türk Dünyası üçün böyük itki

Türk Dünyasının böyük şairi Məmməd İsmayıl torpağa tapşırılıb

2025-08-21 00:52:07 | 2025-12-18 13:45:55

Türk Dünyası üçün böyük itki Görkəmli şair, uzun illər Çanakkale Universitetinin professoru olmuş Məmməd İsmayıl vəfat etmişdir. Şair bu gün günorta saatlarında öz vəsiyyətinə uyğun olaraq doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində, anasının məzarının yanında dəfn olunub. Dəfn mərasimində şairin ailə üzvləri, doğmaları, şair və yazıçılar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1966-1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976–1980-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb. Son illər Məmməd İsmayılın səhhətində problemlər yaranmışdı. Sonuncu dəfə bir neçə gün əvvəl vəziyyəti yenidən ağırlaşaraq xəstəxanalardan birinə yerləşdirilən şair avqustun 19-da orada vəfat edib. Haber: Rüfət Muradlı muradli2007@gmail.com