Haber ara

Aydınlık veya Karanlık mod
Politika

İlham Əliyevdən önəmli açıqlama

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib.

2025-08-28 00:05:38 | 2025-12-18 13:45:53

İlham Əliyevdən önəmli açıqlama

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib. İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlardan danışarkən qeyd edib ki, Azərbaycan yalnız konstruktiv və hüquqi şəkildə cavab verir, lakin heç vaxt Azərbaycana qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək.

“Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.

Haber: Rüfət Muradlı muradli2007@gmail.com